Külək güclənəcək, yağış yağacaq - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Külək güclənəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

17:08 - 13 / 05 / 2022
Külək güclənəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə əlaqədar xəbərdarlıq yayıb.

Xidmətdən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında mayın 14-ü gün ərzində cənub-qərb küləyinin arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında mayın 15-i axşam qərb rayonlarından başlayaraq 17-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

1news.az

Paylaş:
246

Son xəbərlər

Bütün xəbərlər