Niderlandda Şuşaya həsr olunan poçt markaları buraxılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Niderlandda Şuşaya həsr olunan poçt markaları buraxılıb

Qafar Ağayev17:29 - 14 / 05 / 2022
Niderlandda Şuşaya həsr olunan poçt markaları buraxılıb

Niderlandın Amsterdam şəhərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə həsr olunmuş poçt markaları çap edilib.

Bu barədə 1news.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Həmin ölkədə yaşayan həmyerlimiz Səltənət Rəvanqızının təşəbbüsü ilə "Azərbaycanın inciləri" layihəsi çərçivəsində buraxılan markanın üzərində Şuşa qalası ilə “Xarı bülbül” çiçəyinin təsviri və “Qarabağ”, “Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır. İlham Əliyev” sözləri əks olunub. Markalar Niderlandın rəsmi poçt rabitəsinin PostNL milli operatoru tərəfindən buraxılıb.

Poçt markalarının buraxılmasında məqsəd niderlandlıların diqqətini 2022-ci ilin “Şuşa İli” elan edilməsinə, Qarabağ bölgəsinin əzəli Azərbaycan torpaqları olmasına cəlb etməkdir.

Xatırladaq ki, Amsterdamda “Azərbaycan inciləri” layihəsi çərçivəsində “Nizami Gəncəvi-880”, “Heydər Əliyev”, “Xarı bülbül”, “Rəşid Behbudov”, "Əminə Dilbazi", "Covdət Hacıyev", “Kəlbəcərdə həlak olan jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışov” adlı markalar çap edilib.

Paylaş:
187

Son xəbərlər

NATO nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib - FOTOBu gün, 17:50Müdafiə Nazirliyi gizir hazırlığı kursuna qəbul elan edibBu gün, 17:46Güclü leysan və qasırğa nəticəsində sığortalı fermerlərə dəymiş zərər ödəniləcəkBu gün, 17:38Polad Bülbüloğlunun “YouTube”a qanunsuz yerləşdirilmiş əsərləri silinibBu gün, 17:27“Unudulmaqda olan uşaq oyunları” festivalı keçirilib - FOTOBu gün, 17:12Faktiki hava açıqlanıbBu gün, 17:08Xaricdə təhsil alan daha 102 nəfərin diplomu tanınmayıb - SƏBƏBBu gün, 16:52Xətai rayonunun İH-nin təşəbbüsü və təşkilatçılığı, McDonald’s və Blue Residence-in dəstəyi ilə şəhid uşaqları üçün tədbir keçirilib - FOTOBu gün, 16:42Son sutkada bu qədər insan koronavirusa yoluxubBu gün, 16:33Mikayıl Cabbarov ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşübBu gün, 16:24İsveçdə məktəbə bıçaqla hücum olunduBu gün, 16:16PAŞA Holding və PAŞA Sığortanın təşkilatçılığı ilə talasemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün tədbir keçirilibBu gün, 16:08Fransanın PSJ klubu Lionel Messi ilə yollarını ayırıbBu gün, 16:02Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edibBu gün, 15:54Türkiyə Azərbaycandan ildə 1 milyon turist qəbul etmək istəyirBu gün, 15:50Baş Prokurorluqda Aİ nümayəndə heyəti ilə görüş keçirilib - FOTOBu gün, 15:49Ötən ay axta­rışda оlan 286 nəfər sərhəddə aşkarlanıbBu gün, 15:30Azər Türk Bank uşaqlar üçün atb Junior kartını təqdim edirBu gün, 15:25Prezident İlham Əliyev Kişineuda “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısında iştirak edib - YENİLƏNİBBu gün, 15:02İyunun 3-4-də 43 mindən artıq abituriyent qəbul imtahanı verəcəkBu gün, 14:49
Bütün xəbərlər

Next TV