DYP sürücülərə müraciət etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

DYP sürücülərə müraciət etdi

13:57 - 14 / 05 / 2022
DYP sürücülərə müraciət etdi

Hazırda Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 88-ci kilometrliyindən başlayaraq paytaxt istiqamətində tikinti-bərpa işləri aparılır.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bununla əlaqədar yolun işlərin aparıldığı hissəsində hərəkət tam olaraq məhdudlaşdırılıb, əks hissədə isə 2 tərəfli hərəkət təşkil edilib, təhlükəsizlik üçün əlavə tədbirlər görülüb, müvafiq nişanlama xətləri çəkilib, müvəqqəti yol nişanları quraşdırılıb.

DİN-in Baş DYP İdarəsi xüsusilə həftə sonu Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hərəkət intensivliyinin artacağını nəzərə alıb, eləcə də son günlər sözügedən avtomobil yolunda baş vermiş ağır yol-nəqliyyat hadisələrinin bir daha təkrarlanmaması üçün sürücülərə müraciət edərək onlardan təmir-bərpa işlərinin aparıldığı ərazidə hərəkət edərkən diqqətli olmağı, mövcud vəziyyəti düzgün qiymətləndirməyi, sürət rejiminə, müvəqqəti yol nişanlarının, nişanlama xətlərinin tələblərinə ciddi əməl etməyi, ötmə və manevretmə zamanı ehtiyatlı olmağı xahiş edib.

1news.az

Paylaş:
126

Son xəbərlər

Beş il əvvəl baş verən qətllərin üstü açılıbBu gün, 11:19Beynəlxalq Muzeylər Günündə İcərişəhər və Qala qoruğunda muzeyləri 7000 nəfər ziyarət edib - FOTOBu gün, 10:46Manatın xarici valyutalara qarşı rəsmi məzənnəsiBu gün, 10:41Səhiyyə naziri beynəlxalq qurumun toplantısında Azərbaycanda vərəmlə mübarizədən danışdıBu gün, 10:25Jurnalist Qadir İbrahimli vəfat edibBu gün, 10:14LU-MUN Holdinq sahibkarlığa dəstək layihəsini davam etdirir – FOTO - VİDEOBu gün, 10:10Mərkəzi Bank və Veysəloğlu Şirkətlər Qrupu arasında görüş olubBu gün, 10:00Bakı Şəhər İcra Hakimiyyəti sakinlərə müraciət edibBu gün, 09:37Astarada məktəbdə yanğın olubBu gün, 09:22Bakıda kütləvi dava zamanı iki nəfər bıçaqlanıbBu gün, 09:20Paytaxtın bu yollarında sıxlıq var - SİYAHIBu gün, 09:09Azərbaycana daha 14 ölkədən uçuşlara icazə verilibBu gün, 09:05“Ədliyyə orqanlarında və məhkəmələrdə kommunikasiya siyasəti” mövzusunda təlim keçirilib - FOTO19 / 05 / 2022, 22:11Tovuz şəhər stadionunun ot örtüyü yenilənir - FOTO19 / 05 / 2022, 18:02FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib19 / 05 / 2022, 17:56Meksikada avtobus qəzasında 14 nəfər ölüb, 20 nəfər yaralanıb19 / 05 / 2022, 17:43Azərbaycanda donor bankı yaradılıb19 / 05 / 2022, 17:18Doktorantura və dissertantura imtahanlarına dair yeni tələblər açıqlanıb19 / 05 / 2022, 17:05“CityNet”dən 20%-dək endirim19 / 05 / 2022, 17:00Peyvənd olunanların sayı açıqlanıb – FOTO19 / 05 / 2022, 16:44
Bütün xəbərlər

Next TV