PAŞA Holding tərəfindən karyera və inkişaf proqramı həyata keçirilib – FOTO/VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

PAŞA Holding tərəfindən karyera və inkişaf proqramı həyata keçirilib – FOTO/VİDEO

17:30 - 17 / 05 / 2022
PAŞA Holding tərəfindən karyera və inkişaf proqramı həyata keçirilib – FOTO/VİDEO

PAŞA Holding və onun törəmə şirkətləri tərəfindən “Future shapers” adlı karyera və inkişaf proqramı həyata keçirilib. Proqramın məqsədi tələbələr və yeni məzunlara PAŞA Holding-in baxışı, cari karyera və inkişaf imkanları, eləcə də Şirkətin strategiyasına uyğun olan yeni rollar barədə məlumat verməkdir.

“Bazar sürətlə inkişaf edir və bunun nəticəsi olaraq iri şirkətlərin strategiyaları da müasir tələblərə uyğunlaşdırılır. Hər iki prosesin nəticəsi olaraq isə əmək bazarında yeni rollar yaranır və bu rolların tələb etdiyi ferqli xarakterli bacarıqlara malik olan insan kapitalına ehtiyac artır. Hazırkı inkişaf və karyera proqramının məqsədi də tələbələr və yeni məzunlara həm şirkətimizin, missiyası, dəyərləri və strategiyası barədə məlumat vermək, həm də strategiyamıza uyğun rollar və bu rolların öhdəlikləri haqda danışmaqdır” – PAŞA Holding-in baş kommunikasiya mütəxəssisi Aytac Muxtarzadə bildirib.

Proqram çərçivəsində iştirakçılar, müasir dövrdə tələb olunan bacarıqların inkişafı üzrə biliklər əldə etmək, eləcə də biznes simulasiyada iştirak etmək imkanı da qazana biləcəklər. Qeyd edək ki, İnsan kapitalının gücləndirilməsi və inkişaf etdirilməsi PAŞA Holding-in əsas hədəflərindən biridir.

Paylaş:
838

Son xəbərlər

Şuşaya ilkin mərhələdə köçürülən şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, araşdırma aparılırBu gün, 14:30Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06
Bütün xəbərlər