“GESCO” şirkəti Bakı marafonunun mühafizəsini təmin edib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“GESCO” şirkəti Bakı marafonunun mühafizəsini təmin edib - FOTO

Qafar Ağayev10:15 - 17 / 05 / 2022
“GESCO” şirkəti Bakı marafonunun mühafizəsini təmin edib - FOTO

Mayın 15-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı marafonu - 2022” baş tutub.

“Küləyə qalib gəl” şüarı altında sayca 5-cisi keçirilən marafonun mühafizəsinin təmin edilməsində “GESCO” ASC şirkəti iştirak edib. 21 km məsafədə 15 min nəfərə yaxın iştirakçının yürüş etdiyi marafonun marşrutu üzrə ərazinin, o cümlədən iştirakçıların və vətəndaşların mühafizəsi digər qurumlarla kordinasiyalı şəkildə təmin edilib.

Tədbir çərçivəsində yarış zolağının və fan zonanın kritik infrastrukturunun mühafizəsi işi “GESCO” şirkətinin peşəkar şəxsi heyəti tərəfindən uğurlu şəkildə icra olunub. Şirkət əmədkaşları həmçinin marafonun sonunadək qonaqların, marafon iştirakçılarının və vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunmasında önəmli rol oynayıb.

Qeyd edək ki, “Bakı marafonu - 2022” şirkətin idman sahəsində uğurla reallaşdırdığı ilk belə mötəbər tədbir deyil. Daha əvvəl də “UEFA AVRO - 2020” müsabiqəsinin Bakı şəhərində keçirilən 4 oyununun mühafizəsi şirkət tərəfindən təmin edilib.

Yarandığı gündən etibarən idman sahəsinə göstərdiyi diqqət və qayğı ilə seçilən şirkət, bu istiqamətdə təşkil olunan tədbirlərinin mühafizəsinin təmin olunmasındakı təcrübəsi ilə də fərqlənməyi bacarıb. Ölkəmizdə idmanın inkişafına dəstək olmağı hədəfləyən şirkət, bu istiqamətdə icra olunan fəaliyyətlərə də öz töhvəsini verir.

2005-ci ildən etibarən fəaliyyət göstərən “GESCO” şirkəti mühafizə sahəsində beynəlxalq standartlara uyğun xidmət təklif edir. Fiziki mühafizə, video müşahidə, tədbir və obyektlərin mühafizəsinin təşkili, ətraf mühitin mühafizəsi və İT dəstəyi şirkətin əsas fəaliyyət istiqamətləri arasında yer alır. Şirkət tərəfindən bu günədək dövlət əhəmiyyətli obyektlərin, müxtəlif təhsil və tibb müəssisələrinin, bank və şirkətlərin, səfirliklərin mühafizəsi həyata keçirilib.

Bu gün “GESCO” ASC peşəkar şəxsi heyət və müasir standartlara uyğun xidmətlə müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən 160-dan çox tərəfdaş qurum və şirkətlə əməkdaşlıq edir.

Reklam hüququnda

Paylaş:
468

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər