Bu gün 10 nəfər koronavirusa yoluxub, ölən olmayıb – STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün 10 nəfər koronavirusa yoluxub, ölən olmayıb – STATİSTİKA

S.Xankişiyeva16:37 - 19 / 05 / 2022
Bu gün 10 nəfər koronavirusa yoluxub, ölən olmayıb – STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 695 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 936 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib. 49 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 964, bu günə qədər isə ümumilikdə 6 865 181 test icra olunub.

Paylaş:
398

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər