Şuşada türkdilli dövlətlərin dini liderlərinin toplantısı keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Şuşada türkdilli dövlətlərin dini liderlərinin toplantısı keçiriləcək

S.Xankişiyeva12:54 - 19 / 05 / 2022
Şuşada türkdilli dövlətlərin dini liderlərinin toplantısı keçiriləcək

Şuşada türkdilli dövlətlərin dini liderlərinin toplantısı keçiriləcək.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

Sədrin sözlərinə görə, tədbirin bu ilin sentyabr ayının sonu oktyabr ayının əvvəlində keçirilməsi planlaşdırılır.

O qeyd edib ki, tədbirdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Türkiyə və Azərbaycan dini liderlərinin iştirakı nəzərdə tutulub:

"Ümid edirəm ki, gələcəkdə bu kimi konfrans və görüşləri azad olunan ərazilərdə keçirmək mümkün olacaq. Bununla da Azərbaycan həqiqətlərini, azad olunan ərazilərdəki erməni vandalizmini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıra biləcəyik".

Paylaş:
367

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər