Astarada narkotik tərkibli bitkilər yetişdirən rayon sakinləri saxlanılıb - FOTO
Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2022” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri çərçisəində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 1news.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən rayonun Suparibağ kənd sakini M.Həsənov saxlanılıb. Onun yaşadığı evin həyətində əkərək kultivasiya yolu ilə yetişdirdiyi 21 ədəd narkotik xassəli çətənə bitkisi aşkar edilərək götürülüb. Həmin şəxsin yaşadığı evə keçirilən baxış zamanı oradan narkotik vasitə olan qurudulmuş marixuana və çətənə bitkisinin toxumları aşkarlanaraq götürülüb.
Astara polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə həmçinin digər bir rayon sakininin də həyətyanı sahəsindən kultivasiya yolu ilə əkib becərilmiş 8 ədəd xaş-xaş bitkisi aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır