Azərbaycanda daha 12 nəfər COVID-19-a yoluxub - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda daha 12 nəfər COVID-19-a yoluxub - STATİSTİKA

16:41 - 20 / 05 / 2022
Azərbaycanda daha 12 nəfər COVID-19-a yoluxub - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 707 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 945 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə sayı 52 nəfərdir.

Ölkədə son sutka ərzində 2 228, hazırkı dövrədək isə 6 867 409 test aparılıb.

1news.az

Paylaş:
359

Son xəbərlər

Bütün xəbərlər