Toyota 10 Zəmanət Paketi | 1news.az | Xəbərlər
Cəmiyyət

Toyota 10 Zəmanət Paketi

Qafar Ağayev17:00 - 20 / 05 / 2022
Toyota 10 Zəmanət Paketi

Avtomobillərinin yüksək keyfiyyəti və etibarlılığı bir çox illər ərzində Toyota-nın uğur açarı olmuşdur.

İş proseslərinin hər səviyyəsində davamlı təkmilləşdirmə fəlsəfəsi onun böyük nailiyyətlər əldə etməsinə və istehlakçılarının qəlbində layiqli yer tutmasına imkan yaratmışdır.

Uzun illər boyunca, Toyota təkcə yüksək keyfiyyətli və innovativ nəqliyyat vasitələrinin inkişafına deyil, həm də dünya miqyaslı xidmət sektorunda məhsulların inkişafına diqqət yetirərək öz istehlakçılarını heyrətləndirməyə davam edib.

Bu dəfə isə Toyota, Azərbaycandakı istehlakçılarına tamamilə yeni məhsul təklif edir: Həm yeni, həm də işlənmiş avtomobilləri 10 ilədək zəmanətlə təmin edən Toyota 10.

10 İL/160 000 km yürüşə qədər Toyota 10 zəmanəti

Hər bir yeni Toyota avtomobili Toyota 10 proqramı çərçivəsində 10 illik zəmanət ilə əhatə olunur. Bu proqram, Toyota mərkəzlərində müntəzəm texniki xidmət göstərildiyi təqdirdə ilkin 3 illik istehsalçı zəmanətini uzatmaq imkanı verir.

12 aylıq zəmanət rəsmi Toyota Mərkəzində hər növbəti texniki xidmətdən sonra avtomatik olaraq aktivləşir. Bu mexanizm 160 000 km yürüş və 10 il istismar (hər hansı tez baş verərsə) tamam olana qədər davam edəcəkdir.

Müştərilərin rahatlığı Toyota-nın ən mühüm məqsədlərindən biridir.

Sadiq münasibətin mükafatlandırılması

Toyota 10, müştərilərimizin rəsmi Toyota dilerlərinə olan sadiqliyinə bir növ minnətdarlıqdır. Bu zəmanətdən yararlanmaq üçün edilməli olan yeganə şey, orijinal istehsalçı zəmanətinin müddəti bitdikdən sonra avtomobilinizi servisə gətirməkdir. Bu halda, Toyota 10 zəmanəti, səlahiyyətli Toyota dilerlərində hər müntəzəm texniki xidmətdə bir il müddətinə yenilənəcək və 10 il/160 000 kilometr tamamlanana qədər etibarlı olacaq.

Avtomobilinizi inamla idarə edin

Toyota 10 paketinin aktivləşməsi və zəmanətinin uzadılması üçün avtomobil aşağıdakı meyarlara cavab verməlidir:

İstehsalçı zəmanət müddəti bitməlidir (Toyota-nızın yaşı 2 ildən və ya yürüşü 90 000 kilometrdən çox olmalıdır).

Avtomobilə rəsmi Toyota dilerləri tərəfindən texniki xidmət göstərilməlidir.

Avtomobilin yaşı 10 ildən və yürüşü 160 000 km-dən çox olmamalıdır.

* Avtomobil Qafqaz regionunda (Azərbaycan, Gürcüstan) rəsmi dilerdən alınmalıdır.

Zəmanətin müddəti

Toyota 10 paketinin bir hissəsi kimi, zəmanət texniki xidmət başa çatdıqdan sonra aktivləşdiriləcək və 1 il və ya 10 000 km yürüşdən sonra başa çatacaq (hər hansı tez baş verərsə).

Əlavə məlumat üçün rəsmi Toyota dilerləri ilə əlaqə saxlayın:

Toyota Bakı Mərkəzi

• Fəzail Bayramov küç., 26, Bakı, Azərbaycan

• Telefon: (+994) 12 496 70 10 / (+994) 12 496 70 11

• Fax: (+994) 12 496 70 12

• E-mail: [email protected]

• Website: www.toyotabaku.az

Toyota Abşeron Mərkəzi

• Bakı-Sumqayit şossesi 6-cı km, Bakı, Azərbaycan

• Telefon: +994 12 349 00 60 / *0110

• E-mail: [email protected]

• Website: www.toyota-absheron.az

Toyota Gəncə Mərkəzi

• *Gəncə-Şəmkir şosesi 1-ci km, Gəncə, Azərbaycan

• Telefon: (+994) 22 259 25 25

• E-mail: [email protected]

• Website: www.toyotaganja.az

Reklam hüququnda

Paylaş:
586

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər