Şuşada xeyli sayda silah-sursat aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şuşada xeyli sayda silah-sursat aşkarlanıb

12:49 - 20 / 05 / 2022
Şuşada xeyli sayda silah-sursat aşkarlanıb

Şuşada xeyli sayda silah-sursat aşkarlanıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şuşa Rayon Polis Şöbəsinin, Dövlət Təhlükəsizliyi Xidməti və Minatəmizləmə Agentliyinin əməkdaşlarının şəhər ərazisində keçirdikləri tədbirlər nəticəsində müxtəlif silah-sursat aşkar edilib.

Tapılan 1 zenit-artilleriya qurğusu, 1 avtomat, 1 qumbaraatan, 1 "Faqot", 12 müxtəlif növ əl qumbarası, 99 müxtəlif növ mərmi, 1 220 müxtəlif çaplı patronlar və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.

1news.az

Paylaş:
216

Son xəbərlər

Bütün xəbərlər