Səlim Müslümov müalicə müəssisəsinə köçürülüb
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun səhhətində problem yaranıb.
1news.az-ın verdiyi xəbərə görə, ilkin müayinədən sonra sabiq nazir Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təcridxanasından Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb.
Onun səhhətindəki problem barədə ətraflı məlumat verilmir.
Qeyd edək ki, S.Müslümov DTX tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub. O Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
401