İnzibati məhkəmələrin yeni ittifaqı yaradıldı - FOTO
Avropa Şurasından alınmış məlumata əsasən 17-18 may 2022-ci il tarixlərində Misir Ərəb Respublikasının Qahirə şəhərində ərəb və afrika ölkələrinin (BƏƏ, Səudiyyə Ərəbistan, Oman, Küveyt və s.) Ali Məhkəmə sədrləri və Ali İnzibati Məhkəmələrinin (Dövlət Şuralarının) rəhbərlərinin iclası keçirilmişdir.
Nümayəndə heyətlərinin Misir Ərəb Respublikasının Prezidenti tərəfindən qəbulu ilə başlayan tədbir çərçivəsində ilk dəfə olaraq bütün afrika və ərəb ölkələrinin Ali İnzibati Məhkəmələrinin İttifaqı yaradıldı.
Həmçinin, Misirin Dövlət Şurasının (Ali İnzibati Məhkəməsinin) yaradılmasının 75 illiyinin qeyd olunması ilə əlaqədar təntənəli mərasim keçirilmişdir. Tədbirdə 40-dan çox ərəb və afrika ölkəsinin Ali Məhkəmələrinin sədrləri, Fransa Dövlət Şurasının rəsmiləri iştirak edirdi.
İclası giriş nitqləri ilə Misirin Dövlət Şurasının prezidenti Mohamed Mahmud Hossam Eddin və Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) rəhbəri Ramin Qaraqurbanlı (Ramin Qurbanov) açmışdır.
Hazırda Avropa Komissiyası tərəfindən bir sıra ərəb ölkələrində (Misir, Əlcazair, Mərakeş, İordaniya, Tunis, Fələstin, Livan və s.) məhkəmə islahatlarının daha səmərəli həyata keçirilməsi üzrə əməkdaşlıq layihələri aparılır.
Səfər zamanı CEPEJ-in rəhbəri Ramin Qaraqurbanlı tərəfindən Misirin Ədliyyə naziri Omar Marvan ilə ikitərəfli görüş keçirilmiş və əməkdaşlıq sahələri müzakirə olunmuşdur.
Reklam hüququnda