52 saylı marşrut xəttindən şikayət var – Redaksiyaya məktub | 1news.az | Xəbərlər
Cəmiyyət

52 saylı marşrut xəttindən şikayət var – Redaksiyaya məktub

16:20 - 24 / 05 / 2022
52 saylı marşrut xəttindən şikayət var – Redaksiyaya məktub

Bakı sakini Almaz İmamquliyeva 52 saylı marşrut xətti ilə bağlı şikayət məktubu ilə redaksiyamıza müraciət edib. O, məktubunda sözügedən marşrut xətti ilə hərəkət edən avtobusların sayının az olmasından narazılığını ifadə edib.

Məktubun mətnini olduğu kimi təqdim edirik:

“Hörmətli redaksiya, işinizə, problemlərin həllində əhaliyə göstərdiyiniz köməyə görə sizə təşəkkür etmək istəyirəm. Natali Aleksandrovanın 05.01.2022-ci il tarixli məqaləsindən belə çıxır ki, Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbərinin məlumatına görə, 52 nömrəli marşrut xətti üzrə 6 avtobus işləyir. Lakin 52 saylı marşrutda problem davam edir, həll olunmayıb. Mən də bu marşrutdan istifadə edirəm. Yanvar, fevral aylarında cəmi 1 avtobus işləyəndə bu məsələ ilə bağlı şikayətlə BNA-ya zəng edə bildim. Sərnişin daşımalarının fəaliyyətinin tənzimlənməsi şöbəsinin müdiri M. Abbasovun imzası ilə 14-16 dəqiqə intervalla 4 avtobusla xidmət göstərildiyi bildirildi.

Ola bilsin ki, 4-cü avtobus xətdə 1 həftədən çox qalmayıb. Xəttdə 3 avtobus işləyir. İnterval 30-40 dəqiqədir. Yenidən dəfələrlə BNA-ya zəng etməli oldum. Öyrəndim ki, sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi şöbəsinin müdiri M. Abbasovu Q. Cəlilov əvəz edib. 06.05.2022-ci ildə yeni müdir məni əmin etdi ki, xəttdə 24-25 dəqiqəlik fasilə ilə 4 avtobus işləyir. Onları izlədiklərini dedi, hətta avtobusların nömrələrinin adını çəkdi (BNA-da bütün söhbətlər qeydə alınır).

Lakin bu söylənilənlər yenə də reallıqla uyğun gəlmədi. 12 may 2022-ci il tarixdə yenidən rəis Q.Cəlilovla əlaqə saxladım və dedim ki, xətdə 4 avtobus yoxdur, interval da çox uzundur. Xətdə cəmi nömrələri 033, 043 və 060 ilə bitən üç avtobus işləyir. Yalnız bundan sonra Q.Cəlilov xətdə 3 avtobusun işlədiyini etiraf etdi və bildirdi ki, sonu 049-la bitən avtobus qarajdadır (GPS sistemi ilə izlənilir).

Səhərimiz dayanacaqda təlaşla başlayır - 52 gələcəkmi? İşə vaxtında çatacayıqmı? Yoxsa yenə taksiyə minməli olacayıq?”.

A.İmamquliyeva məsələ ilə bağlı ona köməklik göstərməyimizi xahiş edib. Biz də öz növbəmizdə məsələni araşdırmaq üçün Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxladıq. M.Ağayev 52 saylı marşrut xəttində avtobusların sayının az olmasını həmin xəttin rentabelli olmaması ilə əsaslandırıb:

“52 saylı marşrut xətti “Xalid Faiqoğlu” şirkətinin istismarında olan marşrut xəttidir. Həmin marşrut xəttində avtobus sayının azlığı həmin xəttin rentabelli olmaması, yəni, sərnişin sayının azlığı ilə bağlıdır. Həmin xətlə gün ərzində maksimum iki minə yaxın sərnişin daşınır. Avtobuslar da xəttə sərnişin axınına uyğun olaraq çıxır”.

Bununla belə M.Ağayev məsələni araşdırıb müvafiq qərar qəbul olunacağını söyləyib:

“İstənilən halda bizim üçün vacib olan məsələ vətəndaşların, sərnişinlərin rahatlığıdır. Buna görə də məsələni aydınlaşdırmaq üçün bu gün, ən gec sabah şikayətçi də, daşıyıcı da Agentliyə dəvət olunacaq. Gündəlik sərnişin axınına bir daha baxılacaq və aparılan təhlillərin yekununda məsələ ilə bağlı müvafiq qərar qəbul olunacaq. Əgər avtobus sayının artırılmasına ehtiyac olarsa, bununla bağlı daşıyıcıya göstəriş veriləcək”.

Natali Aleksandrova

Babək Cahandarov

Paylaş:
1303

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər