Polis fədakarlığı: biz polisə niyə etibar edirik? - “Çıxışa doğru”da MÜZAKİRƏ - VİDEO
Vicdanı olan insan, dövlətə, Vətənə bağlı olar və eyni zamanda öz polisinə inanır, etibar edir. Çünki, vicdanı təmiz olanlar, qanunlar əsasında yaşayarlar. Polisə niyə hörmət edirlər?
Çünki, qanunların və insan haqlarının qorunmasına, bütövlükdə, cəmiyyətin təhlükəsizliyinə xidmət edən məhz polislərimizdir.
Etiraf edək ki, həftə ərzində və hər günün 24 saatını təhlükəsizlik yaşamaq istəyən vətəndaşlarımız ilk öncə polislərə minnətdardır. Əlbətdə ki, polis-vətəndaş münasibətləri yüksək olduqda cinayətkarlığla mübarizə ictimayət üçün bir o qədər də müşkül məsələ deyil. Təbii ki, polis orqnlarında xidmət edən cəsur, mərd, igid polislərimiz təhlükəsizliyimizə tam qarant durduğu hər bir vətəndaşa bəllidir.
1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində "Polis fədakarlığı: biz polisə niyə etibar edirik?" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – Cavid Osmanov - Milli Məclisin deputatı, Elməddin Muradlı - DİN yanında ictimai şuranın üzvü, "Avtosfer .az" saytının təsisçisi, Səadət Bənənyarlı - Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri və Nurlan Əliyev - DİN Mətbuat Xidmətinin əməkdaşı mövzu ətrafında müzakirə aparıblar.
“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz: