Azərbaycanda “meymunçiçəyi” virusunun yayılması nə dərəcədə realdır? - “Çıxışa doğru”da MÜZAKİRƏ – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda “meymunçiçəyi” virusunun yayılması nə dərəcədə realdır? - “Çıxışa doğru”da MÜZAKİRƏ – VİDEO

S.Xankişiyeva09:16 - 25 / 05 / 2022
Azərbaycanda “meymunçiçəyi” virusunun yayılması nə dərəcədə realdır? - “Çıxışa doğru”da MÜZAKİRƏ – VİDEO

“Meymunçiçəyi” virusuna yoluxan insanlarda dəri səpkiləri, qızdırma, baş ağrıları, yorğunluq və ürəkbulanma müşahidə olunur.

Virusa yoluxan insanlarda 35-40 dərəcə temperatur qeydə alına bilər. Dəri səpkilərində isə insan bədənində böyük suluqlar əmələ gəlir və daha dərin olur. Hətta sağaldıqdan sonra belə bədəndə müəyyən çapıqlar qalır. Azərbaycanda bu xəstəliyin yayılmasının qarşısını almaq üçün ilk öncə xaricdən gələn şəxslərə xüsusi nəzarət edilməlidir.

Bizim ölkəmizdən Afrika ölkələrinə gediş-gəliş çox olmadığı üçün yayılma ehtimalı azdır. Ancaq qonşu ölkələrdə “Meymunçiçəyi” virusu aşkar edilərsə, o zaman Azərbaycanda da yoluxmalar olacaq. Hazırda bu ehtimal azdır və adıçəkilən xəstəlik tez yoluxma xüsusiyyətinə malik deyil. Bu virus əsasən toxunma və hava vasitəsi ilə yoluxa bilər. İnsanlar bu virusdan qorunmaq üçün maskadan istifadə etməli və yoluxan şəxsə toxunmamalıdır. Ümumiyyətlə, gigiyenik qaydalara riayət etməklə “Meymunçiçəyi” virusundan qorunmaq olar.

1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində " Azərbaycanda "Meymunçiçəyi" virusunun yayılması nə dərəcədə realdır?" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları Vüqar Cavadzadə - tibb üzrə fəlsəfə doktoru, həkim infeksionist, Nigar Əlibəyli - həkim psixoterapevt, klinik psixoloq, Nailə İsmayılova - "Yeni həyat" Humanitar və Sosial Dayaq İB-nin sədri və Famıl Fərhadoğlu - "Manset.az" xəbər portalının rəhbəri mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
346

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər