Saleh Rüstəmli əfv olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Saleh Rüstəmli əfv olunub

Qafar Ağayev20:01 - 27 / 05 / 2022
Saleh Rüstəmli əfv olunub

Həbsdə olan Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmli əfv edilib.

Trend xəbər verir ki, onun adı Prezident İlham Əliyev tərəfindən imzalanan Əfv Sərəncamında yer alıb.

Xatırladaq ki, uzun müddət Rusiyada yaşayan S.Rüstəmli 2018-ci ildə Bakıya gəldikdən sonra həbs olunub. O, narkotik maddələri saxlamaqda ittiham edilib. Sonradan cinayət işinə S.Rüstəmlinin Rusiyada qeyri-qanuni sahibkarlıqla məşğul olması, gəlirlərini dövlətdən gizlətməsi ittihamları əlavə olunub.

Paylaş:
320

Son xəbərlər

Qaxda kafe yanıb

05 / 09 / 2025, 15:30
Bütün xəbərlər