Ötən gün 2 nəfəri maşın vurub öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün 2 nəfəri maşın vurub öldürüb

Qafar Ağayev09:52 - 27 / 05 / 2022
Ötən gün 2 nəfəri maşın vurub öldürüb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 50 cinayətin üstü “isti izlər”lə açılıb

DİN mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Əvvəlki dövrlərdən bağlı qalmış 19 cinayətin açılması təmin olunmuşdur.

Axtarışda olduğuna görə ümumilikdə 84 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.

Paylaş:
260

Son xəbərlər

Bütün xəbərlər