Tələbə qız itkin düşdü, anası axtarır | 1news.az | Xəbərlər
Cəmiyyət

Tələbə qız itkin düşdü, anası axtarır

13:15 - 31 / 05 / 2022
Tələbə qız itkin düşdü, anası axtarır

Azərbaycanda yeniyetmə qız itkin düşüb.

1news.az-ın Lent.az-a istinadla məlumatına görə, 16 yaşlı Məmmədova Sarat Ruslan qızı mayın 28-i kirayədə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bundan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.

Bununla bağlı yeniyetmənin anası M.Məmmədova polisə məlumat verib.

S.Məmmədovanın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.

Qeyd edək ki, Sarat Məmmədova Bakı Sənaye-Pedaqoji Kollecinin 1-ci kurs tələbəsidir.

1news.az

Paylaş:
230

Son xəbərlər

Bütün xəbərlər