Sabahdan avtobuslarda kondisionerlər işləyəcək - BNA | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahdan avtobuslarda kondisionerlər işləyəcək - BNA

1news Redaksiyası13:38 - 31 / 05 / 2022
Sabahdan avtobuslarda kondisionerlər işləyəcək - BNA

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi tərəfindən müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə yay mövsümünə keçidlə əlaqədar zəruri tədbirlərin görülməsi barədə xəbərdarlıq məktubu göndərilib.

1news.az xəbır verir ki, məktubda son günlərdə havanın temperaturunun yüksəlməsini nəzərə alaraq marşrutlar üzrə kondisionerlərlə təchiz avtobuslarda havalandırma sisteminin 01.06.2022-ci il tarixindən iqlim şəraitinə uyğun tənzimlənməsi tapşırılıb.

1news.az

Paylaş:
296

Son xəbərlər

Bütün xəbərlər