Qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reydlər davam edir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reydlər davam edir - FOTO

Qafar Ağayev11:34 - 31 / 05 / 2022
Qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində reydlər davam edir - FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Agentlikdən 1news.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Agentlik müfəttişləri tərəfindən yerli icra orqanlarının əməkdaşları ilə birgə Bakı şəhəri, Sabunçu rayonu, Ramanı qəsəbəsində aparılan reydlər zamanı fiziki şəxslər Məmmədov Polad Mürsəl oğluna, Əhmədov İlham Əsgər oğluna, Alışov Bəylər Mehman oğluna, Vəliyev Mehman Balış oğluna, Allahverdiyev Səfər Qiyas oğluna, Abbasov Sakit Nəbadi oğluna və Əmrahov Qalib Qardaşxan oğluna məxsus məntəqələrdə baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan qanunsuz heyvan kəsimi və ət satışının həyata keçirildiyi aşkar edilib. Faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, məntəqə sahiblərinə ciddi xəbərdarlıq edilib və qanunsuz olaraq quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan bir sıra kəsim qurğuları yerli icra orqanlarının əməkdaşları tərəfindən sökülüb.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

Paylaş:
291

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər