Hövsanda ağır qəza – Avtobus BMW ilə toqquşdu - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hövsanda ağır qəza – Avtobus BMW ilə toqquşdu - VİDEO

Qafar Ağayev12:15 - 31 / 05 / 2022
Hövsanda ağır qəza – Avtobus BMW ilə toqquşdu - VİDEO

Ötən gün Bakının Suraxanı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az xəbər verir ki, bununla bağlı jurnalist Asif Bağırov paylaşım edib.

Qəza Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb. 132 nömrəli xətt üzrə hərəkət edən avtobus BMW markalı avtomobillə toqquşub.

A.Bağırov qeyd edib ki, hadisə nəticəsində ölən olmayıb.

Məsələ ilə məlumat yayan Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib:

“Həmkarımız Asif Bağırov ötən gün Hövsan qəsəbəsində 132 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun iştirakı ilə baş verən qəza anını əks etdirən video görüntü paylaşıb. Görüntüdən də aydın olur ki, hadisə BMW markalı minik avtomobilinin avtobusun qarşısına çıxması səbəbindən baş verib”.

Paylaş:
855

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər