Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Azərxalça”da qeyd olundu - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Azərxalça”da qeyd olundu - FOTO

Qafar Ağayev13:32 - 01 / 06 / 2022
Uşaqların Beynəlxalq Müdafiəsi Günü “Azərxalça”da qeyd olundu - FOTO

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da geniş qeyd edilir.

Uşaq hüquqları insan haqlarının ən mühüm və ayrılmaz hissəsidir. Bu səbəbdən Azərbaycanda uşaqların sağlam, savadlı, hərtərəfli, vətənpərvər və ən əsası vətəndaş kimi formalaşması üçün şərait yaradılmasına xüsusi diqqət verilir.

1news.az xəbər verir ki, bu il Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Azərxalça” ASC Kapital Bank ASC , Qırmızı ürəklər (Red Hearts) Fondu və Mcdonalds-ın birgə tərəfdaşlığı ilə “Hər şey mümkündür” layihəsinin həyata keçirilməsində iştirak etdi. Layihə çərçivəsində uşaqlar üçün təşkil olunan ustad dərsləri “Azərxalça” ASC – nin İçərişəhərdə yerləşən nümayiş salonunda keçirildi. Cəmiyyətin xüsusi qonaqları xalçalarla tanış oldu, toxuma prosesində iştirak etdi və daha sonra yaradıcı qrupun nəzarəti altında milli xalça naxışlarını öz təxəyyüllərinə uyğun boyadılar.

Həyata keçirilən bu layihə daun sindromlu uşaqların sosial reabilitasiyasına töfhə verir. Daun sindromlu uşaqların bacarıq və iradələrinin nümayiş olunması üçün nəzərdə tutulan layihənin onlarda pozitiv əhval-ruhiyyə yaratmaq və cəmiyyətə inteqrasiyası baxımından əhəmiyyəti çox mühimdir. Layihə çərçivəsində benefesiarlara müxtəlif istiqmətlərdə master-klasslar (qurama, modellik, inkluziv rəqs, rəsm və gil sənəti ilə bağlı) həyata keçirilmişdir. Məqsəd bu kateqoriyadan olan uşaqların bacarıqlarının inkişafına, sosial-mədəni, sosial-psixoloji və pedaqoji reabilitasiyasına, onların ailələrinə dəstəyin göstərilməsidir. Gerçək həyat təcrübəsi qazandırmaq və uşaqların öyrənmə bacarıqlarına yiyələnməsinə dəstək olmaq layihənin əsas kompanentlərindən biridir.

Bu dəfə xalça dünyasına səyahət edən daun sindiromlu uşaqlarda xalça toxumaq, ornamentləri boyamaq və rəngli saplarla oynamağın, xalçaların sirli sehirli rənglərinin də əslində çox yaxşı reabilitasiya üsulu olduğunu vurğulamaq yerinə düşər. Xüsusilə pandemiya dönəmində bir çox reabilitasiya mərkəzlərinin fəaliyyətinin dayandırılması ilə uzun müddət evdə qalan uşaqlar üçün təşkil olunan tədbir çox faydalı olmaqla yanaşı, maraqla qarşılanıb.

Dünyada bütün uşaqların qayğıya və diqqətə ehtiyacı var. Lakin xüsusi qayğıya ehtiyacı olan uşaqlarla ilin hər günü maraqlanmaq vacibdir, onlar planlı və peşakar şəkildə köməyə ehtiyac duyurlar. Daun sindromlu uşaqlar xüsusi bir təlimlə normal fərd kimi cəmiyətə qatılıb peşə sahibi ola bilər

Məlumat üçün bildirək ki, bu gün 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children's Day) qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.

Ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması, əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiya olunması istiqamətində “Azərxalça” ASC bu tədbirləri il ərzində davam etməyi planlaşdırır.

Uşaqlar gülsün, Dünya gülsün!

Paylaş:
440

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər