Sabahdan daha bir marşrutda gediş haqqı kartla ödəniləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahdan daha bir marşrutda gediş haqqı kartla ödəniləcək

Qafar Ağayev12:32 - 01 / 06 / 2022
Sabahdan daha bir marşrutda gediş haqqı kartla ödəniləcək

Müntəzəm marşrut xətləri üzrə nağdsız ödənişə keçidin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyindən 1news.az-a verilən məlumata görə, bu çərçivədə 02.06.2022-ci il tarixindən “Kral-Transport” şirkətinin müvəqqəti istismarında olan 132 nömrəli müntəzəm marşrut xətti (Əhmədli m/s - Hövsan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

132 nömrəli müntəzəm marşrut üzrə gediş haqqı 0.35 AZN müəyyən edilib.

Məlumat üçün qeyd edək ki, hazırda Bakı şəhərində ümumilikdə 83 müntəzəm marşrut xəttində gediş haqqının ödənişi “BakıKart” vasitəsilə nağdsız formada həyata keçirilir.

Paylaş:
262

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər