İmişlidə vətəndaşlara qarşı 160 min manatdan çox dələduzluq edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

İmişlidə vətəndaşlara qarşı 160 min manatdan çox dələduzluq edilib

S.Xankişiyeva13:39 - 02 / 06 / 2022
İmişlidə vətəndaşlara qarşı 160 min manatdan çox dələduzluq edilib

İmişlidə vətəndaşlara qarşı 160 min manatdan çox dələduzluq edilib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, Sabirabad rayon sakini olan bir qadın İmişli Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək özünü iş adamı kimi təqdim edən Azər adlı şəxsin ona qarşı dələduzluq etdiyini, Bakı şəhərində ev verəcəyi vədləri verərək ona məxsus ümumi dəyəri 3 7108 manat olan iri və xırdabuynuzlu heyvanlarını, ot bağlamalarını, qızıl-zinət əşyalarının və 4 900 manat pulunu ələ keçirdiyini bildirib.

RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən İmişli rayonu Xəlfəli kənd sakini, əvvəllər məhkum olunmuş Azər Qafarov saxlanılaraq polis şöbəsinə gətirilib.

Dindirilmə zamanı o, törətdiyi əməlləri etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, A.Qafarov qeyd edilən əməlindən başqa İmişli rayon sakini olan bir təsərrüfat sahibinin də etibarından istifadə edərək, aldatma yolu ilə ona məxsus 144 baş iribuynuzlu heyvanlarını ələ keçirib və zərərçəkmişə 120 600 manat maddi ziyan vurub.

Faktlarla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır. Saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş:
333

Son xəbərlər

ABB mobile tətbiqi yüksək təhlükəsizlik sertifikatı aldı!02 / 12 / 2024, 21:00Azər Türk Bank güzəştli kredit kampaniyasını davam etdirir02 / 12 / 2024, 20:53Azərbaycan və Qvineya-Bisau enerji əməkdaşlığı imkanlarını müzakirə ediblər02 / 12 / 2024, 17:51Bakıda həbs edilən tanınmış uşaq bağçasının direktorunun məhkəməsi başlayır, 100-dən çox zərərçəkən var02 / 12 / 2024, 17:46MSK bələdiyyə seçkilərinə xaricdən müşahidəçi dəvət etməyəcək02 / 12 / 2024, 17:30Astarada axtarılan yeniyetmənin meyiti tapılıb02 / 12 / 2024, 17:23Şuşanın tanınmış Mehmandarovlar nəslinin görkəmli xadimləri02 / 12 / 2024, 17:04Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə endirilmiş sürət həddi bərpa edilib - YENİLƏNİB02 / 12 / 2024, 16:55Bakıda hərbçi qəfil vəfat etdi02 / 12 / 2024, 16:27Azərbaycanda payızlıq əkinlərin bəyan müddəti bu ayın sonunda başa çatır02 / 12 / 2024, 15:59Bələdiyyə iclaslarının keçirilməsinə dair yeni prosedur müəyyənləşdi02 / 12 / 2024, 15:39Prokurorluğa qəbul üzrə imtahanın nəticələri açıqlanıb02 / 12 / 2024, 15:24Sevgilisini öldürüb evin həyətində basdırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb02 / 12 / 2024, 15:08Bakı metrosunda ventilyatorlar qış qrafikinə keçirilib02 / 12 / 2024, 14:47Azad edilmiş ərazilərdə noyabrda aşkarlanan minaların sayı açıqlandı02 / 12 / 2024, 14:42Çəpgözlük əməliyyatı icbari tibbi sığorta hesabına qarşılanır02 / 12 / 2024, 14:41Turizmin COP-da simvolu olan nar ağacı Braziliyada əkilib02 / 12 / 2024, 14:36RİNN haqqında əsasnamə dəyişib02 / 12 / 2024, 14:30Daha bir məktəbdə yanğın olub02 / 12 / 2024, 14:10Suriyada gərginlik artır: Hava hücumlarında 3 nəfər həlak oldu02 / 12 / 2024, 13:54
Bütün xəbərlər