Günün qəhrəmanı: Etiraz edən qazini qucaqlayaraq sakitləşdirən polis - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Günün qəhrəmanı: Etiraz edən qazini qucaqlayaraq sakitləşdirən polis - VİDEO

Qafar Ağayev17:09 - 02 / 06 / 2022
Günün qəhrəmanı: Etiraz edən qazini qucaqlayaraq sakitləşdirən polis - VİDEO

Bu gün bir qrup Qarabağ döyüşçüsü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında etiraz aksiyası keçirib.

1news.az xəbər verir ki, onlardan bəziləri nazirliyin inzibati binasında şüşələri sındıraraq daxil olub.

Həmin vaxt nazirliyin inzibati binasında xidmət aparan polis əməkdaşı, Yasamal rayon polis idarəsinin əməkdaşı 1991-ci il təvəllüdlü Əliyev Fazəddin İslam oğlu içəri daxil olan qazilərdən birini qucaqlayaraq, sakitləşdirib. Bununla da polis əməkdaşı hadisənin insidentə çevrilməsinin qarşısını alıb. Polisin bu addımı sosial şəbəkələrdə ictimaiyyət tərəfindən alqışlanıb.

Paylaş:
743

Son xəbərlər

Bütün xəbərlər