“10 su anbarının layihələndirilməsi gündəmdədir” - Sədr müavini
“Azərbaycanda daha10 su anbarının layihələndirilməsi işləri həyata keçirilir” .
1news.az xəbər verir ki, bunu "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Zakir Quliyev Şabran rayonunda Su təsərrüfatı meliorasiya işçiləri günü münasibətilə keçirilən mediaturda jurnalistlərə açıqlamasında bildirib.
O, qeyd edib ki, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı komissiya bu məsələləri müzakirə edir. Həmin komissiyanın tərkibində 10 su anbarının layihələndirilməsi gündəmədir və bu işlər yekunlaşdıqdan sonra 10 su anbarının tikilməsi nəzərdə tutulur.
"Bu su anbarlarının ölkə üzrə çayların axarlarında tikilməsi nəzərdə tutulur. İşğaldan azad olunmuş ərazilərimizdə də yenidənqurma işləri aparılır və əsaslı işlərin aparılması planlaşdırılır. Bundan başqa Həkəri çay və Bərgüşad çayda böyük su anbarlarının tikintisi nəzərdə tutulur", - deyə o əlavə edib.