Kəlbəcərdə Ağduzdağ və Daşkəsəndə Qaşqaçay yataqlarının istismarına başlanılıb
“Kəlbəcərdə Ağduzdağ və Daşkəsən ərazisində Qaşqaçay yataqlarının artıq istismar mərhələsinə başlanılıb”.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev deyib.
O bildirib ki, ölkədə dağ-mədən sənayesinin yüksəlməsi istiqamətində işlər davam edəcək:
“Azad olunan ərazilərdə 800-ə yaxın filiz, qeyri-filiz yataqları mövcuddur. Yaxın gələcəkdə mineral xammal bazası rolunu oynayacaq”.
482