Öz gözündə tiri görməyən, başqasında cöp axtarır və ya “Roskomnadzor” “RİA Novosti” ilə “məşğul” olsa daha yaxşıdır | 1news.az | Xəbərlər
Köşə

Öz gözündə tiri görməyən, başqasında cöp axtarır və ya “Roskomnadzor” “RİA Novosti” ilə “məşğul” olsa daha yaxşıdır

S.Xankişiyeva13:05 - 04 / 06 / 2022
Öz gözündə tiri görməyən, başqasında cöp axtarır və ya “Roskomnadzor” “RİA Novosti” ilə “məşğul” olsa daha yaxşıdır

“Öz gözündə tiri görməyən, başqasında cöp axtarır”.

Bu misal tam olaraq Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarət üzrə Federal Xidmətinə və ya sadə dildə desək, “Roskomnadzor”a aid edilə bilər.

XXI əsr üçün “Roskomnadzor”un hərəkətləri absurd görünür. Beləki, öz üzərində dahi senzura vəzifəsini götürən bir orqan, ilk növbədə medianı, o cümlədən digər suveren dövlətləri Rusiya Federasiyasının ərazisində bloklamaqla hədələyir, sonra isə, onun fikrincə, Ukraynadakı hadisələrlə bağlı “qərəzli” məlumat yaydıqlarına görə girişi bloklayır.

Bu günə kimi Azərbaycanın bir çox aparıcı KİV-ləri artıq “Roskomnadzor” tərəfindən bloklanıb.

Bu həftə 1news.az saytı da Rusiya Federasiyasının “xüsusi əməliyyat” adlandırmaqda davam etdiyi Ukraynada genişmiqyaslı müharibə ətrafında baş verən hadisələri guya qərəzli işıqlandırılması ilə bağlı “Roskomnadzor” tərəfindən əsassız iddialar və şantajla üzləşib.

Belə ki, hər şeydən öncə, müharibənin müharibə adlandırıldığı 1news.az saytından Rusiyanın itkilərinə və Ukraynadakı rəsmi mənbələrdən alınan digər məlumatlara istinad edilmiş, guya Rusiya hakimiyyətinə qarşı etiraz kimi səslənən bütün xəbərlərin silinməsi tələb edilib.

“Roskomnadzor”la bu hesablaşma fonunda Rusiyanın tamamilə dövlətə məxsus xəbər agentliyi “RİA Novosti” isə cümə günü özünü Qarabağdakı qanunsuz qurumun qondarma nümayəndəsi kimi təqdim edən Artak Beqlaryanla müsahibə yayır.

Təxəyyülündə “DQR” adlı “dövlət”in naziri kimi təsəvvür edən saxtakara tribuna verən Rusiya hakimiyyəti yenidən Azərbaycana qarşı təxribatlara əl atıb, bununla da mehriban qonşuluq prinsiplərini pozur və Bakı ilə Moskva arasında müttəfiqlik münasibətlərinə xələl gətirir.

Ümumilikdə isə, Azərbaycanda Ukraynadakı müharibə bəyənilməsə də, rəsmi səviyyədə Bakı bu ilin fevralında Rusiya ilə imzalanan müttəfiqliyə sadiq qalaraq, maksimum təmkin nümayiş etdirir.

Əslində, hazırki vaxtda Azərbaycan bu regionda Rusiyanın yeganə etibarlı dostu olaraq qalır. Ermənistanı eyni mənada tutanlar isə yanılırlar, çünki söhbət başqasının hesabına yaşamaqdan deyil, həqiqi imkanlardan gedir.

Bəs, yumşaq desək, heç kəsin sevmədiyi, dost hesab etmədiyi bir şəraitdə, Kremlin nəzarətində olan informasiya agentliyində “heç nəyi” təmsil edən “heç kim”lə müsahibənin dərcinə icazə vermək nə dərəcədə normaldır?

Axı Kreml çox yaxşı bilir ki, nəinki “Dağlıq Qarabağ Respublikası”, hətta Azərbaycanın inzibati bölgüsündə “Dağlıq Qarabağ” adlı ərazi vahidi də artıq mövcud deyil. Və “RİA Novosti” saytında təxribat xarakterli müsahibə şəklində belə məsuliyyətsiz hərəkətlər, şübhəsiz ki, Azərbaycanın Rusiyaya qarşı sevgisini artırmayacaq.

Qarabağdan olan separatçının həyata keçirdiyi erməni cəfəngiyyatının yayılması məsuliyyətsiz hərəkətlər silsiləsindəndir. “Roskomnadzor” yaxşı olar ki, bu məqama xüsusi diqqət yetirsin.

Həmçinin Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva, özünü Azərbaycan ərazilərindəki qanunsuz qurumun qondarma naziri kimi təqdim edən Artak Beqlaryanın Rusiyanın “RİA-Novosti” agentliyinə müsahibəsini şərh edib.

L.Abdullayeva Rusiyanın dövlət informasiya agentliyinin Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meylləri təşviq edən məlumatları yaymasını Azərbaycanla Rusiya arasında mövcud olan dostluq münasibətlərinin ruhuna uyğun gəlmədiyini bildirib və bunun ciddi təəssüf doğurduğunu vurğulayıb:

“Dövlət informasiya agentliyinin bu addımı, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Dostluq, təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında 1997-ci il tarixli Saziş və Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 2022-ci il tarixli Bəyannamənin “BMT Nizamnaməsinin prinsiplərinə və bir-birlərinin suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş istənilən fəaliyyətdən çəkinmək”, habelə “separatçılıq təhdidlərinə qarşı mübarizə” müddəaları ilə ziddiyyət təşkil edir.

RİA Novosti agentliyi tərəfindən bu təxribatçı açıqlamaların tirajlanması, həmçinin Rusiya Federasiyasının postmünaqişə mərhələsində bölgədə sülh yaratmaq səylərinə kölgə salır”.

Mövzu ilə əlaqədar oxuyun:

XİN: “RİA Novosti”nin böhtan xarakterli məlumatları yayması təəssüf doğurur

Paylaş:
4622

Son xəbərlər

ADY bu ilin 11 ayında baş verən toqquşmaların sayını açıqladıBu gün, 13:20Lionel Messi komanda yoldaşları ilə birlikdə Bakıya gəlirBu gün, 12:50Kolleclərdə monitorinq keçirilib, nöqsanlar aşkarlanıbBu gün, 12:41Yağış yağacaq, külək əsəcək - Sabahın havasıBu gün, 12:24Laborator analizlərin nəticələrini “mygov” rəqəmsal hökumət platformasından əldə etmək mümkündürBu gün, 12:23Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıbBu gün, 12:02Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar veribBu gün, 11:57Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdiBu gün, 11:17NİİM-dən yollarda diqqətsizlik və məsuliyyətsiz edənlərə ÇAĞIRIŞ - VİDEOBu gün, 11:11Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi - FOTOBu gün, 10:53Nazir: “Ən yaxşı işlərdən biri 5 yaşlıların məktəbəqədər təhsilə cəlb olunmasıdır”Bu gün, 10:49Ceyhun Bayramov ATƏT XİN Şurasının iclasında iştirak etmək üçün Maltaya gedibBu gün, 10:10Cənubi Koreyada hərbi vəziyyət rejimi ləğv olunubBu gün, 10:09Ağır vəziyyətdə KTM-in reanimasiyasına qəbul edilən xəstə həyata qaytarılıb - FOTOBu gün, 09:55DİN: Ötən gün axtarışda olan 126 nəfər saxlanılıbBu gün, 09:43AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:26“Azərbaycan Atabəyləri” tarixi bədii-sənədli filminin qalası olub - FOTOBu gün, 09:21
Bütün xəbərlər