Azərbaycanda “RİA Novosti” resursuna giriş məhdudlaşdırılıb - RƏSMİ | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda “RİA Novosti” resursuna giriş məhdudlaşdırılıb - RƏSMİ

S.Xankişiyeva15:35 - 04 / 06 / 2022
Azərbaycanda “RİA Novosti” resursuna giriş məhdudlaşdırılıb - RƏSMİ

Azərbaycanda "RİA Novosti" agentliyinin internet informasiya resursuna giriş məhdudlaşdırılıb.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

"Azərbaycan Respublikasında yayılması qanunla qadağan edilən informasiyanın yerləşdirilməsi halları ilə bağlı internet informasiya resurslarına girişin məhdudlaşdırılması “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

Həmin Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı hallarda internet informasiya resursuna və ya onun müvafiq hissəsinə müraciət məhdudlaşdırılır.

Sözügedən informasiya agentliyində Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı, böhtan xarakterli və separatçı meyilləri təşviq edən məlumatların yayılması ilk dəfə baş vermir və sistemli xarakter daşımışdır.

“RİA Novosti” agentliyi internet informasiya resursunda Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı çıxış edən, böhtan xarakterli və separatçı meyilləri təşviq edən məlumatlar yaymaqla “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozub və həmin Qanuna uyğun olaraq ölkə ərazisində agentliyin internet informasiya ehtiyatına giriş məhdudlaşdırılıb", - məlumatda deyilir.

Mövzu ilə əlaqədar oxuyun:

XİN: “RİA Novosti”nin böhtan xarakterli məlumatları yayması təəssüf doğurur

Öz gözündə tiri görməyən, başqasında cöp axtarır və ya “Roskomnadzor” “RİA Novosti” ilə “məşğul” olsa daha yaxşıdır

Paylaş:
786

Son xəbərlər

Ərdoğan Əliyevə zəng etdi

25 / 12 / 2024, 16:13
Bütün xəbərlər