Əli Vəliyev etiraf etdi: “Ola bilsin səhv eləmişəm” - VİDEO

Bakı Nəqliyyat Agentliyi (BNA) qarşısında qanunsuz parkinq yaradılması təşəbbüsü ilə çıxış edən Azərbaycan Kinematoqrafçılar İttifaqının mətbuat katibi Əli Vəliyev paylaşımı ilə bağlı suala aydınlıq gətirib.
1news.az xəbər verir ki, o, səhv etdiyini etiraf edib:
"Əziz dostlar, mən necə təşəbbüs edə bilərəm. Sadəcə ola bilər səhv eləmişəm".
Qeyd edək ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında bir neçə avtomobil üçün şəxsi park yerinin salınması ilə bağlı xəbər cəmiyyətdə böyük ajiotaj yaradıb.
Sonradan məlum olub ki, sözügedən ərazidə avtomobillər üçün yeni park yeri Xalq artisti Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Kinomatoqrafçılar İttifaqı tərəfindən salınıb.
1news.az
680