Yevlaxın sabiq icra başçının cəzası azaldıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Yevlaxın sabiq icra başçının cəzası azaldıldı

Qafar Ağayev13:25 - 08 / 06 / 2022
Yevlaxın sabiq icra başçının cəzası azaldıldı

Ali Məhkəmədə Yevlax rayon icra hakimiyyətinin həbsdə olan sabiq başçısı Qoca Səmədov barəsində olan apellyasiya məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxılıb.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, sabiq icra başçısına Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə verilmiş ittiham ləğv olunub. Bununla bağlı Qoca Səmədovun cəzası 3 ay azaldıraraq 5 il 9 aya endirilib.

Xatırladaq ki, Qoca Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılıb.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə təqsirli bilinərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay azadlıqdan məhrum edilib.

Sonradan Şəki Apellyasiya Məhkəməsi sabiq icra başçısının səhhətini nəzərə alaraq həbs müddətini 6 ilə endirib.

Paylaş:
250

Son xəbərlər

Viktor Orban Azərbaycana səfər edəcəkBu gün, 17:45Fövqəladə Hallar Nazirliyində COP29-la bağlı qərargah yaradılıbBu gün, 17:40Azərbaycan Prezidenti ŞƏT-ə üzv ölkələrin liderlərini COP29-a dəvət edibBu gün, 17:28Prezident İlham Əliyev Astanada “ŞƏT plyus” formatında görüşdə çıxış edib - YENİLƏNİBBu gün, 17:21Gəncədə qanunsuz tikinti işləri dayandırılıbBu gün, 17:18Heydər Əliyev Beynəlxalq Aeroportu ACI EUROPE 2024 İllik Konqresi və Baş Assambleyasında iştirak edirBu gün, 16:59Azərbaycan dili fənni üzrə keçirilən imtahananın nəticələri açıqlanıbBu gün, 16:41Qəzza zolağında ölən fələstinlilərin sayı 38 mini keçibBu gün, 16:39Bu bölgələrdə 3 gün qaz olmayacaqBu gün, 16:17Azərbaycan Ordusunda taktiki-xüsusi təlim keçirilirBu gün, 16:00Sevinc Fətəliyeva: “Azərbaycan ŞƏT-in bütün üzv ölkələri ilə ikitərəfli səviyyədə də yaxşı münasibətlər qurub”Bu gün, 15:53İraq nümayəndə heyəti Ali Məhkəmədə olubBu gün, 15:25Azərbaycan Mərkəzi Bankı “PashaPay”ə lisenziya veribBu gün, 15:11“Ölkəmizdə uşaqların, yeniyetmə və gənclərin fiziki və mənəvi hazırlığı ilə bağlı çox geniş şərait var” - ŞƏRHBu gün, 15:01Azərbaycan XİN ABŞ-ni təbrik edibBu gün, 14:47“Wi-Fi üzərindən zəng” – “Bakcell” abonentlərə yeni innovativ xidmət təqdim etdiBu gün, 14:46Əhali Azərbaycan və Ermənistan arasında sülh müqaviləsini istəyir? - STM sorğu nəticələrini açıqladıBu gün, 14:36Prezident ŞƏT-in Zirvə toplantısının iştirakçılarının şərəfinə verilən rəsmi ziyafətdə iştirak edibBu gün, 14:32Bakının Mehdi Hüseyn və Teymur Elçin küçələrində təmir yekunlaşıb - FOTO - VİDEOBu gün, 14:21Əhməd Əhmədov yenidən məhkəmə qarşısında çıxarıldı - Özünü təqsirli bilib, ifadə vermədiBu gün, 13:54
Bütün xəbərlər