TƏBİB: COVID-lə bağlı hospitalizasiya sayında ciddi azalma var | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB: COVID-lə bağlı hospitalizasiya sayında ciddi azalma var

14:01 - 08 / 06 / 2022
TƏBİB: COVID-lə bağlı hospitalizasiya sayında ciddi azalma var

“Uzun müddətdir ki, Azərbaycanda COVID-19 nəzarət altındadır, hospitalizasiya sayında da ciddi azalmalar var”.

1news.az xəbər verir ki, bunu APA-ya açıqlamasında TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, hazırda səhiyyə sistemi üzərində heç bir təzyiq yoxdur: “Vaksinasiya, 3-cü (buster) dozaların vurulması hələ də davam edir. Amma əhali arasında 3-cü doza vaksin olunmayan kateqoriya da var. Bunun səbəbləri fərqlidir. Vaksinin 2-ci dozasından altı ay keçməyən, eyni zamanda, xəstəlik keçirənlər var. Ona görə de proses hələ davam etməlidir”.

Yaqut Qarayeva deyib ki, kütləvi immunitetin formalaşdırılmasında böyük bir məsafə qət etmişik.

1news.az

Paylaş:
236

Son xəbərlər

Bütün xəbərlər