Saatlıda yol tikintisi üçün bir milyon manat ayrıldı - SƏRƏNCAM | 1news.az | Xəbərlər
Cəmiyyət

Saatlıda yol tikintisi üçün bir milyon manat ayrıldı - SƏRƏNCAM

Qafar Ağayev15:01 - 09 / 06 / 2022
Saatlıda yol tikintisi üçün bir milyon manat ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev Saatlı rayonunun Məmmədabad–Genişkənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən, Dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Məmmədabad–Genişkənd avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 1,0 (bir) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Paylaş:
271

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər