Mustafa Abbasbəyli: 1000-dən artıq şəhid ailəsi üzvü və qazi işlə təmin olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Mustafa Abbasbəyli: 1000-dən artıq şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

Qafar Ağayev15:34 - 09 / 06 / 2022
Mustafa Abbasbəyli: 1000-dən artıq şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

Bu günə qədər 1000-dən artıq şəhid ailəsi üzvü və Vətən müharibəsi qazisi işlə təmin olunub.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli Vətən müharibəsi qazilərinin məşğulluğunun təmin edilməsi, onlara göstərilən sosial dəstəklə bağlı keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, 805 nəfər ictimai işlərə cəlb olunub.

"4000-ə yaxın şəxs müxtəlif səbəblərdən onlara təklif olunan işlərdən imtina edib. 1500-dən artıq şəxs müasir peşələr üzrə prosesə cəlb olunub. İlin sonuna qədər bu rəqəmi 4000, gələn il üçün 7000-ə, sonrakı il üçün 10 000-ə çatdırmağı hədəfləyirik. Son üç ildə 1 026 peşə kvalifikasiya standartları hazırlanıb. İlin sonuna 1500-ə yaxın standartın yekunlaşdırılması nəzərdə tutulub", - deyə o əlavə edib.

Paylaş:
317

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər