Bakı, Sumqayıt və Abşeron üzrə iyun ayının pensiyaları ödənilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı, Sumqayıt və Abşeron üzrə iyun ayının pensiyaları ödənilib

Qafar Ağayev17:55 - 09 / 06 / 2022
Bakı, Sumqayıt və Abşeron üzrə iyun ayının pensiyaları ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə iyun ayının pensiyaları ödənilib.

Bu barədə 1news.az-a nazirlikdən məlumat verilib.

Qeyd edilib ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər: "Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək".

Paylaş:
322

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər