Badamdarda “Opel”dən 8900 manat pul və digər oğurluq edən şəxs tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Badamdarda “Opel”dən 8900 manat pul və digər oğurluq edən şəxs tutuldu

Qafar Ağayev10:22 - 09 / 06 / 2022
Badamdarda “Opel”dən 8900 manat pul və digər oğurluq edən şəxs tutuldu

Səbail RPİ-nin 41-ci Polis Bölməsinə Badamdar qəsəbəsi ərazisində “Opel” markalı bir avtomobildən 8900 manat pul, sənəd, bankomat kartı, gödəkcə və ərzaq məhsullarının oğurlanması barədə müraciət daxil olub.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri, əvvəllər də analoji əmələ görə məhkum olunmuş H.Rzayev və E.Səfərov müəyyən edilərək saxlanılmışlar.
Araşdırma aparılır.

Paylaş:
279

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər