11 qəsəbənin suyu təmizlənərək dənizə ötürüləcək
"Pirşağı çimərliyi ətrafında fərdi yaşayış evləri və digər müəssisələrin artması ərazinin və çimərliyin çirklənməsinə səbəb olur".
1news.az xəbər verir ki, bunu Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov bildirib.
Onun sözlərinə görə, vəziyyətin aradan qaldırılması üçün “Azərsu” ASC tərəfindən xüsusi qurğu inşa edilib: “Kürdəxanı, Mehdiabad ərazilərindəki çirkab sularını da belə təmizləmək mümkün olacaq. Bu qurğu sutkada 40 min kub su təmizləmək qabiliyyətinə malikdir. Abşeron yarmadasında 11 ədəd sutəmizləyici qurğu tikiləcək. Bu qurğu ilə nəinki Pirşağı, 11 qəsəbənin suyu təmizlənərək dənizə ötürüləcək. Hazırda Pirşağı və Lökbatanda olanların inşası davam edir. Digər ərazilərdə də tikiləcək".
353