FHN Binə və Xırdalanda qanunsuz tikintilərin qarşısını alıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN Binə və Xırdalanda qanunsuz tikintilərin qarşısını alıb - FOTO

Qafar Ağayev12:45 - 10 / 06 / 2022
FHN Binə və Xırdalanda qanunsuz tikintilərin qarşısını alıb - FOTO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin olunması istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.

FHN-dən 1news.az-a bildirilib ki, Agentliyin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində sahibi məlum olmayan ərazidə müvafiq icazəverici sənədlər olmadan naməlum təyinatlı obyektin tikintisinin aparılması faktı aşkar edilib.

Bundan əlavə, Agentliyin mütəxəssisləri tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsində vətəndaş Emil Səməndərov tərəfindən müvafiq icazəverici sənədlər olmadan naməlum təyinatlı obyektin tikintisinin aparılması faktı aşkar edilib.

Göstərilən məsələlərlə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hər iki qanunsuz tikinti işləri dayandırılıb və obyektlər nəzarətə götürülüb.

Paylaş:
379

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər