Nazirlik: "Azərbaycanda albinos insanların statistikası aparılmır" | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik: "Azərbaycanda albinos insanların statistikası aparılmır"

15:43 - 13 / 06 / 2022
Nazirlik: "Azərbaycanda albinos insanların statistikası aparılmır"

“Azərbaycanda albinizmdən əziyyət çəkənlərin statistikası aparılmır”.

1news.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti dermatoveneroloq Vahid Mahmudov deyib.

O qeyd edib ki, albinizm irsi xəstəlikdir: “Təxminən 17 min nəfərdən biri məhz bu nadir rast gəlinən xəstəliklə dünyaya göz açır. Albinos insanların dərisi ultra bənövşəyi şüalara qarşı həssas olduğundan onlarda dəri yanıqları və xərçəngə yoluxma riski yüksək olur. Belə insanların ailə qurmasında heç bir problem görmürəm”.

Nazirlik rəsmisi bildirib ki, patologiyanı hamiləlik vaxtı aşkara çıxarmaq mümkün deyil: “Ancaq ailədə albinizm olan biri varsa, valideynlərin birinin geni vasitəsilə hamiləlik vaxtı testin aparılması mümkün ola bilər. Əgər evli cütlüklərin biri albinizm daşıyıcı olarsa, uşağın albinos olması ehtimalı 25 %-dir”.

1news.az

Paylaş:
627

Son xəbərlər

Bütün xəbərlər