Avropa çempionu olan komandamız Bakıya qayıdıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Avropa çempionu olan komandamız Bakıya qayıdıb - FOTO

Qafar Ağayev08:59 - 13 / 06 / 2022
Avropa çempionu olan komandamız Bakıya qayıdıb - FOTO

Mini-futbol üzrə Avropa çempionu olmuş Azərbaycan milli komandası Bakıya qayıdıb.

1news.az Trend-ə istinadən xəbər verir ki, idmançılarımızı hava limanında azarkeşlər və media nümayəndələri qarşılayıblar.

Xatırladaq ki, Azərbaycan mini-futbol millisi Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında qalib olub. Milli komandamız finalda Rumıniya ilə üz-üzə gəlib. Qarşılaşma komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da yığmamız Avropa çempionu olub. Qeyd edək ki, bu, Azərbaycan millisinin 10-cu dəfə təşkil edilən Avropa çempionatında ilk çempionluğudur.

Paylaş:
404

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər