Qəzaya düşən məktəblilərin valideynləri danışdılar - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəzaya düşən məktəblilərin valideynləri danışdılar - VİDEO

11:01 - 13 / 06 / 2022
Qəzaya düşən məktəblilərin valideynləri danışdılar - VİDEO

Ötən gecə Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusu qəzaya düşüb.

1news.az sfera.az-a istinadən xəbər verir ki, Baku TV əməkdaşları məktəblilərin yerləşdirildiyi Şamaxı Rayon Mərkəzi Xəstəxanasında olub, yaralıların valideynlərini danışdırıb, onların son vəziyyətləri ilə maraqlanıblar.

Qeyd edək ki, iyunun 12-si Şamaxı-Bakı yolunda məktəbliləri daşıyan sərnişin avtobusu qəzaya düşüb.

Avtobusda Bakıdakı 279 nömrəli məktəbin müəllim və şagird heyəti olub. Hadisə nəticəsində 11 nəfər xəsarət alıb. Onlardan 10-u Şamaxı Mərkəzi Xəstəxanasına daxil olub.

Vəziyyəti ağır olan 1 nəfər bud-çanaq oynağının sınığı diaqnozu ilə Bakıya göndərilib.

Ətraflı süjeti təqdim edirik:

1news.az

Paylaş:
277

Son xəbərlər

Bütün xəbərlər