İstixanada narkotik yetişdirən Zirə sakini həbs edilib - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

İstixanada narkotik yetişdirən Zirə sakini həbs edilib - FOTO - VİDEO

Qafar Ağayev10:55 - 13 / 06 / 2022
İstixanada narkotik yetişdirən Zirə sakini həbs edilib - FOTO - VİDEO

Xəzər Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası və satışı ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Zirə qəsəbəsində yaşayan Anar Süleymanovun yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkib-becərdiyi barədə İdarəyə əməliyyat məlumatı daxil olub. Məlumat yoxlanılan zaman fakt öz təsdiqini tapıb. Polislər həmin şəxsi saxlayaraq üzərinə, eləcə də yaşadığı evin həyətindəki istixanaya baxış keçirən zaman ümumi çəkisi 15 kiloqram olan 53 ədəd çətənə kolu və 11 kiloqram marixuana aşkar edilib. Anar Süleymanov ifadəsində narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkdiyini və xüsusi qulluq etdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Anar Süleymanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Xəzər rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Paylaş:
372

Son xəbərlər

Qubadlı-Eyvazlı avtomobil yolunun inşa işlərinin 75 %-i icra olunub - VİDEOBu gün, 10:21Azərbaycan istehsalı olan “Olivea” zeytun yağı Londonda keçirilən nüfuzlu müsabiqədə gümüş medala layiq görülübBu gün, 10:00Bu gün Yasamalda qaz olmayacaqBu gün, 09:55Azərbaycan və Serbiyanın hərbi ekspertləri arasında görüş keçirilibBu gün, 09:53AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:37FHN: Zəlzələ nəticəsində dağıntı və tələfat barədə məlumat daxil olmayıbBu gün, 09:26Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:21İranda növbədənkənar prezident seçkiləri başlayıbBu gün, 09:07Bakıda hazırda sıxlıq müşahidə edilən yollar - SİYAHIBu gün, 09:06Lerikdə zəlzələ olub, digər rayonlarda da hiss olunubBu gün, 08:59Laçın şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 08:57Xankəndi şəhərinin iqtisadi imkanları ilə tanışlıq - FOTO27 / 06 / 2024, 19:21TƏBİB-in icraçı direktoru: Tibb müəssisələrində baş vermiş uyğunsuzluqlar ciddi narahatlıq doğurur27 / 06 / 2024, 17:48Baş Prokurorluq işəgötürənlərə müraciət etdi27 / 06 / 2024, 17:35Arif Quliyevin həyat yoldaşı vəfat etdi27 / 06 / 2024, 17:31Sevinc Fətəliyeva: Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi Azərbaycan üçün ən əsas məsələdir27 / 06 / 2024, 17:21Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edilib27 / 06 / 2024, 17:12Rusiya gəmiləri Bakıya dostluq səfəri ediblər - FOTO27 / 06 / 2024, 17:04“AmCham Azərbaycan”ın Direktorlar Şurası yenidən formalaşdırılıb27 / 06 / 2024, 16:58İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edilib27 / 06 / 2024, 16:34
Bütün xəbərlər