Vaqif Əsədov təqaüdə göndərilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Vaqif Əsədov təqaüdə göndərilib

Qafar Ağayev12:36 - 13 / 06 / 2022
Vaqif Əsədov təqaüdə göndərilib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, V.Əsədov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, V.Əsədov uzun müddətdir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi vəzifəsində çalışırdı.

Paylaş:
642

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər