DİN “Son zəng”lə bağlı valideyn və məzunlara müraciət edib

Daxili İşlər Nazirliyi "Son zəng" tədbiri ilə bağlı valideyn və məzunlara müraciət edib.
Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, müraiciətdə deyilir:
"Hörmətli valideynlər! Avtomobilinizi sürücülük hüququ olmayan yeniyetmələrə verməyin. Belə hallar aşkar olunduqda siz məsuliyyətə cəlb ediləcəksiniz. Hörmətli məzunlar! Özünüzü kiçik səhvlərə qurban verməyin. Valideynləriniz və cəmiyyətimiz sizdən böyük uğurlar gözləyir".
1news.az
200