Rəşad Nəbiyev: “Azərbaycanda startapların inkişafı üçün xüsusi zona yaradılacaq”

“Azərbaycanda startapların inkişafı üçün xüsusi zonanın yaradılması ilə bağlı layihə həyata keçiriləcək” .
1news.az bunu Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev innovasiya ekosistemi nümayəndələri ilə görüşü zamanı deyib. Onun sözlərinə görə, bu layihənin Azərbaycan reallığına və qanunvericiliyinə uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulur:
"Artıq bununla bağlı sənəd hazırlanıb və hökumətdə müzakirədədir. Sənədin bu ilin sonunadək qəbul ediləcəyi gözlənilir".
228