Tank bölmələrimiz şərti hədəfləri məhv etdilər - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Tank bölmələrimiz şərti hədəfləri məhv etdilər - VİDEO

12:14 - 14 / 06 / 2022
Tank bölmələrimiz şərti hədəfləri məhv etdilər - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Ordusunun tank bölmələrində sürücülük və atəş hazırlığı üzrə müxtəlif çalışmalar yerinə yetirilib.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tank heyətləri ərazidə təbii və süni maneələri dəf edərək döyüş maşınlarının idarə olunması vərdişlərini daha da təkmilləşdirib.

Atəş hazırlığı üzrə çalışmalarda hədəflərin məhv edilməsi tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilib.

1news.az

Paylaş:
245

Son xəbərlər

Bütün xəbərlər