Nazir: “Yaşı 60-dan yuxarı olan müəllimlər sertifikasiyadan keçməlidir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: “Yaşı 60-dan yuxarı olan müəllimlər sertifikasiyadan keçməlidir”

11:40 - 14 / 06 / 2022
Nazir: “Yaşı 60-dan yuxarı olan müəllimlər sertifikasiyadan keçməlidir”

Təhsil naziri Emin Əmrullayev əməkdar müəllimlərin, eyni zamanda, yaşı 60 və daha çox olanların sertifikasiyaya cəlb edilməsinin etiraza səbəb olmasına münasibət bildirib.

1news.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında deyib ki, qaydalarda hər şey öz əksini açıq şəkildə tapıb:

“Yaşlı nəsildən olan müəllimlər məktəbdə dərs deyir və yaxud demək istəyirsə, sertifikasiyadan keçməlidir. Bunlar dərs prinsipinin gündəminə uyğun olmalıdır. Mən inanıram ki, müəllimlər, xüsusən əməkdar müəllimlər üçün bunun heç bir problemi yoxdur. Sertifikasiyadan kəsilən müəllim növbəti 1 il ərzində yenidən imtahan verə bilər. Sertifikasiya yenilik olsa da, bu, bütün dünyada var”.

1news.az

Paylaş:
374

Son xəbərlər

Bütün xəbərlər