Bakıda avtobuslarda qadınların çantalarından cibgirlik edən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda avtobuslarda qadınların çantalarından cibgirlik edən şəxs saxlanılıb

Qafar Ağayev16:34 - 15 / 06 / 2022
Bakıda avtobuslarda qadınların çantalarından cibgirlik edən şəxs saxlanılıb

Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində avtobuslarda cibgirliklə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən xəbərə görə, əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Cəlil Səmədov tutularaq istintaqa təqdim edilib. Aparılan araşdırmalar zamanı Cəlil Səmədovun paytaxtın Nizami, Sabunçu və Binəqədi rayonlarında müxtəlif marşrutlarla hərəkət edən avtobuslarda qadınların çantalarından mobil telefonlar oğurladığı müəyyən edilib. Onun həmçinin ticarət mərkəzlərində insanların sıxlığı müşahidə edilən yerlərdə də cibgirliklə məşğul olduğu məlum olub.

Qeyd edək ki, saxlanılan şəxsin avtobuslarda törətdiyi hadisələrin bir neçəsi, həmçinin, cibgirlik edəndən sonra həmin məkanlardan yayınması müşahidə kameraları vasitəsi ilə lentə alınıb. Cəlil Səmədovun paytaxt ərazisində hələlik 7 nəfərə qarşı cibgirlik etdiyi sübuta yetirilib.

Saxlanılan şəxsin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı Şəhər Baş Polis İdarəsinə və "102" Xidməti Zəng Mərkəzinə məlumat verə bilərlər.

Paylaş:
232

Son xəbərlər

İranda növbədənkənar prezident seçkiləri başlayıbBu gün, 09:07Bakıda hazırda sıxlıq müşahidə edilən yollar - SİYAHIBu gün, 09:06Lerikdə zəlzələ olub, digər rayonlarda da hiss olunubBu gün, 08:59Laçın şəhərinə növbəti köç karvanı yola salınıb - FOTOBu gün, 08:57Xankəndi şəhərinin iqtisadi imkanları ilə tanışlıq - FOTO27 / 06 / 2024, 19:21TƏBİB-in icraçı direktoru: Tibb müəssisələrində baş vermiş uyğunsuzluqlar ciddi narahatlıq doğurur27 / 06 / 2024, 17:48Baş Prokurorluq işəgötürənlərə müraciət etdi27 / 06 / 2024, 17:35Arif Quliyevin həyat yoldaşı vəfat etdi27 / 06 / 2024, 17:31Sevinc Fətəliyeva: Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi Azərbaycan üçün ən əsas məsələdir27 / 06 / 2024, 17:21Natiq Qasımovun anasına Prezident təqaüdü təyin edilib27 / 06 / 2024, 17:12Rusiya gəmiləri Bakıya dostluq səfəri ediblər - FOTO27 / 06 / 2024, 17:04“AmCham Azərbaycan”ın Direktorlar Şurası yenidən formalaşdırılıb27 / 06 / 2024, 16:58İsmayıllı-Lahıc avtomobil yolunda hərəkət bərpa edilib27 / 06 / 2024, 16:34Ceyranbatan su anbarında qadın meyiti aşkarlanıb27 / 06 / 2024, 16:20Azərbaycanda bəzi seçki dairələrinin hüdudlarına dəyişiklik edilir27 / 06 / 2024, 16:16Azərbaycanda Dünya Ətraf Mühit Günü keçiriləcək27 / 06 / 2024, 16:11Prezident BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edib - YENİLƏNİB27 / 06 / 2024, 15:55Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir27 / 06 / 2024, 15:44Sahibkarlar üçün Ağdam Sənaye Parkına səfər təşkil edilib27 / 06 / 2024, 15:38Ölkəyə qanunsuz gətirilən tütün məhsulları aşkarlandı27 / 06 / 2024, 15:24
Bütün xəbərlər