Respondentlərin 76,9 faizi Prezident İlham Əliyevin şəhid ailələrinə və qazilərə qayğısından çox razıdır | 1news.az | Xəbərlər
Cəmiyyət

Respondentlərin 76,9 faizi Prezident İlham Əliyevin şəhid ailələrinə və qazilərə qayğısından çox razıdır

Qafar Ağayev17:10 - 15 / 06 / 2022
Respondentlərin 76,9 faizi Prezident İlham Əliyevin şəhid ailələrinə və qazilərə qayğısından çox razıdır

Sosial Tədqiqatlar Mərkəzinin Prezident İlham Əliyevin bu ilin ilk dörd ayı (yanvar-aprel) üzrə fəaliyyəti ilə bağlı keçirdiyi sosioloji sorğu zamanı dövlətimizin başçısının şəhid ailələrinə və müharibə iştirakçılarına qayğısı və dəstək fəaliyyətindən respondentlərin 76,9 faizi çox razı, 17,2 faizi əsasən razı olduğunu bildirib.

Mərkəzdən 1news.az-a bildiriblər ki, sorğunun keçirilməsində məqsəd Azərbaycan Prezidentinin ictimai-siyasi fəaliyyətinin müxtəlif istiqamətləri, eləcə də bəhs edilən dövrdə həyata keçirilən başlıca tədbirlərə vətəndaşların münasibətini öyrənməklə müvafiq qərarların qəbulunda ictimai rəyə istinad edilməsinə şərait yaratmaqdır.

Sosioloji sorğu əsasında öyrənilən vətəndaş rəyi aşağıdakı kimi olub:

Prezidentin müxtəlif istiqamətlər üzrə fəaliyyəti vətəndaş rəyində müsbət qiymətləndirilməklə ilk sıralarda 1) hərbi quruculuq (88,3 faiz çox yaxşı, 10,5 faiz əsasən yaxşı), 2) xarici siyasət (84,8 faiz çox yaxşı, 13,8 faiz əsasən yaxşı), 3) vətənpərvər, sağlam və intellektual gəncliyin yetişdirilməsi istiqamətində (83,1 faiz çox yaxşı, 14,5 faiz əsasən yaxşı) qərarlaşıb.

Hesabat dövründə Prezidentin xarici ölkələrə səfərləri üzrə respondentlərin ən çox məlumatlı olduğu (92,2 faiz) 2022-ci il martın 10-da Türkiyəyə səfəri və Prezident Rəcəb Tayyib Ərdoğanla görüşü, müqayisə etibarilə nisbətən az məlumatlı olduğu (82,9 faiz) 2022-ci il aprelin 6-da Brüsselə etdiyi səfər və Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistan baş naziri ilə üçtərəfli görüşü olub. Prezidentin Türkiyəyə səfəri və Rəcəb Tayyib Ərdoğanla görüşünü respondentlərin 81,6 faizi çox əhəmiyyətli, 9,3 faizi əsasən əhəmiyyətli kimi qiymətləndirib.

Prezidentin sosial müdafiə istiqamətində fəaliyyəti respondentlərin 63,8 faizi tərəfindən çox yaxşı, 28,5 faizi tərəfindən əsasən yaxşı kimi qiymətləndirilib. O cümlədən, Prezidentin şəhid ailələrinə və müharibə iştirakçılarına qayğı və dəstək fəaliyyətindən respondentlərin 76,9 faizi çox razı, 17,2 faizi əsasən razı olduğunu bildirib.

Dövlətimizin başçısının əhalinin sağlamlığının qorunması istiqamətində fəaliyyətini respondentlərin 68,3 faizi çox yaxşı, 24,9 faizi əsasən yaxşı kimi qiymətləndirib.

Prezident tərəfindən aparılan kadr islahatları respondentlərin 57,2 faizi tərəfindən çox yaxşı, 30,3 faizi tərəfindən əsasən yaxşı kimi dəyərləndirilib.

Azərbaycan Prezidentinin korrupsiya ilə mübarizə istiqamətində fəaliyyəti respondentlərin 60,8 faizi tərəfindən çox yaxşı, 26,7 faizi tərəfindən əsasən yaxşı kimi qiymətləndirilib. O cümlədən, cari il ərzində dövlətimizin başçısı tərəfindən təsdiq edilən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın mümkün nəticələri kimi 51,1 faizi korrupsiyaya qarşı mübarizədə şəffaflığı artıracağı, 40,8 faizi göstərilən xidmətlərin keyfiyyətini yüksəldəcəyi, 26,6 faizi korrupsiya hallarına qarşı ictimai nəzarəti və vətəndaş cəmiyyəti institutlarının rolunu artıracağı, 21,4 faizi idarəetmə mexanizmlərini, 18,2 faizi qanunverici bazanı təkmilləşdirəcəyi, 6,2 faizi heç bir təsiri olmayacağı variantlarını qeyd edib. Ümumilikdə sorğu iştirakçılarının 23,4 faizi sözügedən Milli Fəaliyyət Planı haqqında məlumatsız olduğunu bildirib.

Prezidentin ölkədə ictimai-siyasi sabitlik istiqamətində fəaliyyəti respondentlərin 75,0 faizi tərəfindən çox yaxşı, 22,4 faizi tərəfindən əsasən yaxşı kimi qiymətləndirilib.

Dövlətimizin başçısının qeyri-neft sektorunun inkişafı sahəsində fəaliyyətini respondentlərin 65,9 faizi çox yaxşı, 25,8 faizi əsasən yaxşı kimi dəyərləndirib.

Azərbaycanın karbohidrogen ehtiyatlarından asılılığı azaldaraq bərpa olunan enerji resurslarına yönəlməsini respondentlərin 53,7 faizi çox yaxşı, 21,3 faizi isə əsasən yaxşı qiymətləndirib. 22,5 faiz respondent bu sahədə görülən işlərdən məlumatsız olduğunu bildirib. Prezidentin, o cümlədən daim diqqət mərkəzində saxladığı məsələlərdən biri kimi işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılmasını, Qarabağın yaşıl enerji zonasına çevrilməsini respondentlərin mütləq əksəriyyəti yüksək qiymətləndirib (88,2 faiz çox yaxşı, 7,5 faiz əsasən yaxşı). Respondentlərin 3,3 faizi bu barədə məlumatlı olmadığını bildirib.

Mövcud geosiyasi zəmində xüsusən aktual olan əhalinin ərzaq təhlükəsizliyi və keyfiyyətli ərzaqla təminatı sahəsində dövlətimizin başçısının fəaliyyəti respondentlərin 59,8 faizi tərəfindən çox yaxşı, 30,1 faizi tərəfindən əsasən yaxşı qiymətləndirilib.

Paylaş:
254

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər